Mingəçevirdə yol polisi reyd keçirib - FOTO

Avtoreyd 26 İyul 2018 13:56 Oxunub 1906
Mingəçevirdə yol polisi reyd keçirib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaydalara əməl etməyən 80-dən çox sürücü saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti dəfə piyadalara, eləcə də qaydaları pozan sürücülərə qarşı reyd keçirib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təşkil olunan reyd zamanı əvvəlcə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçdiklərinə görə polis əməkdaşları tərəfindən saxlanılıb, onlara qanuni tədbirlər görülüb. Daha sonra yol polisi reydi sürücülərlə davam etdirib. Burada da təhlükəsizlik kəmərindən istifadə etməyən, sərxoş vəziyyətdə avtomobil idarə edən, avtomobilin arxa baqaj hissəsinə qəsdən yük qoymaqla onu müxtəlif formalara salan və digər qayda pozan sürücülər haqqında protokol yazılaraq inzibati məsuliyyətə cəlb ediliblər.Ümumilikdə 80-ə avtomobil saxlanılıb, onlardan 30-na inzibati protokol tərtib olunub.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh