Marsda su tapılıb

Maraqlı 26 İyul 2018 14:20 Oxunub 987
Marsda su tapılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu kəşf Marsda həyat ola biləcəyi ehtimalını artırıb

Marsda 1,5 kilometr dərinlikdə su tapılıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu kəşf Marsda maye halda ən böyük su kütləsidir. Əvvəlki araşdırmalar suyun həmin planetdə mövsümi şəkildə olduğunu göstərirdi. Lakin sonuncu kəşf onu təsdiq edir ki, Marsda daimi su mövcuddur. Su kütləsi buzun altında və təxminən 20 kilometrlik bir ərazidə yerləşir.

İtalyan araşdırmaçılara məxsus olan bu kəşf barədə Romada xüsusi mətbuat konfransı keçirilib və müəlliflərinin elmi məqaləsi ABŞ-ın məşhur “Science” jurnalında çap olunub.

Bu kəşf Marsda həyat ola biləcəyi ehtimalını artırıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh