Yol kənarlarına düzülən tumbalar bizi necə qoruyur? VİDEOREPORTAJ

Avtosfer TV 26 İyul 2018 16:56 Oxunub 4681
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunlar səkilərdə avtomobillərin parklamasını da əngəlləyir

Son vaxtlar Bakı Nəqliyyat Agentliyi şəhərin müxtəlif yerlərində dəmir çəpərlər və səkilərin qıraqlarına tumbalar quraşdırılıb. Bu proses davam etməkdədir. Bu tumbalar piyadaların təhlükəsizliyi üçün hesablanıb. Çünki yol ilə hərəkət edən avtomobil qəfildən idarəetməni itirib kənara çıxa bilər. Bu isə səkidə hərəkət edən, yaxud dayanan piyadaları təhlükəyə atır. Xüsusi elastikliyini, həmçinin davamlılığı baxımından möhkəm olan bu tumbalar avtomobilin də güclü zədə almasının qarşısını alır. 

Son vaxtlar dünyanın müxtəlif ölkələrində avtomobillə terror halları da artıb. Qəfildən sürücü maşını yolun kənarında dayanan insanların üstünə sürür. Bu tumbalar isə belə hadisələrin qarşısının alınmasına da hesablanıb. Həmçinin səkilərdə avtomobillərin parklamasını da əngəlləyir.

Avtosfer.az Sahil bağı ətrafında quraşdırılmış tumbaları yerində yoxlayıb və bununla bağlı reportaj hazırlayıb. Videomaterialı təqdim edirik:

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh