"Caspian NavTel" GPS xəritəni yenilədi: 9000 yeni obyekt əlavə edilib - FOTO

Yeniliklər 30 İyul 2018 12:48 Oxunub 9327
"Caspian NavTel" GPS xəritəni yenilədi: 9000 yeni obyekt əlavə edilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rizvan Cəfərov: "İnsanların istədikləri ünvana rahat çatması üçün bütün yenilikləri etməkdə davam edəcəyik"

"Caspian NavTel" şirkəti gps naviqasiya proqramını yeniləyib. Bu barədə Avtosfer.az-a şirkətin direktoru Rizvan Cəfərov məlumat verib. Onun sözlərinə görə, GeoNet City Guid” sisteminin 31.1 versiyasına yeni ünvanlar, obyektlər, yollar əlavə edilib. 

“Son bir ildə ölkəmizdə yeni yollar çəkilib, müxtəlif yeni obyektlər açılıb. Biz də sistemi yenilədik. 9000–dən çox yeni obyekt proqrama əlavə edilib. Həmçinin yeni çəkilmiş Bakı-Astara yolu, Şamaxı yolunun yeni forması və 10-dan çox daxili yol və küçələrdə yeniliklər edilib.”

R. Cəfərov qeyd edib ki, şirkət müştərilərin istədikləri ünvana rahat çatması üçün bütün yenilikləri etməkdə davam edəcək.

 

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh