Avtobus sürücüsü məhkəmə zalında həbs edildi

Avtoxəbər 27 İyul 2018 17:03 Oxunub 1568
Avtobus sürücüsü məhkəmə zalında həbs edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əflatun Cəfərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əflatun Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ə.Cəfərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub. Qeyd edək ki, yol qəzası ötən il Sabunçu rayonu ərazisində baş verib. Şəhər şosesində "İsuzu" markalı, 90 RJ 388 dövlət qeydiyyat nişanlı, 148 saylı marşrut avtobusunun sürücüsü Ə.Cəfərov yolu keçən 1940-cı il təvəllüdlü Yadigarov Şıxməmməd Xəlil oğlunu vurub. Avtobusun vurduğu piyada hadisə yerində ölüb. Ş.Yadigarov təmizlik işçisi kimi fəaliyyət göstərib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh