Prezident yol tikintisinə 3,4 milyon manat ayırdı

Yeniliklər 27 İyul 2018 20:39 Oxunub 1394
Prezident yol tikintisinə 3,4 milyon manat ayırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Astarada yol tikintisinə 3,4 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Astara rayonunun Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Avtosfer.Az-ın məlumatına görə, 9 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 

 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh