Sükan arxasında narkotik çəkən avtobus sürücüsü danışdı - VİDEO

Avtosfer TV 27 İyul 2018 22:01 Oxunub 1545
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sonra həmin sürücü elə sükan arxasında olan zaman polis tərəfindən tutulub

Sükan arxasında siqaretə narkotik maddə dolduran sürücü açıqlama verib.

 

Avtosfer.Az-ın məlumatına görə, söhbət bir neçə gün əvvəl 202-saylı sərnişin avtobusunda narkotik maddə qəbul etmək istəyən sürücüdən gedir. Sərnişinlərdən biri sürücünün bu əməlini mobil telefonla çəkmiş, sosial şəbəkədə paylaşmışdı. Sonra həmin sürücü elə sükan arxasında olan zaman polis tərəfindən tutulub.

 

Masallı sakini olan 34 yaşlı İlkin Tağıyev əməlini etiraf edir. O, sükan arxasında siqaretə qurudulmuş marixuana dolduraraq hazır vəziyyətə gətirdiyini deyir.

 

Sərnişinlərin həyatını təhlükəyə atan İlkin Tağıyev bir neçə ildir ki, narkotik maddə aludəçisidir. O, avtobusda sərnişin olan zaman narkotik qəbul etmədiyini desə də, tibbi müayinə zamanı sürücünün içki və narkotik vasitənin təsiri altında olması aşkarlanıb və bu barədə protokol tərtib edilib.

 

Araşdırma zamanı o da məlum olub ki, İlkin Tağıyev bu ilin aprel ayının 9-dan etibarən sürücülük hüququndan məhrum edilib.

 

Qeyd edək ki, İlkin Tağıyev 202 saylı marşrut avtobusunun məxsus olduğu "Çinar Trans'' MMC- şirkətində müqavilə əsasında işləyib.

 

İlkin Tağıyev barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilib və yenidən 1 il müddətində sürücülük hüququndan məhrum olunub. Eyni zamanda, bütün bu hallara göz yuman 202 saylı avtobusun kolon rəisi, Bakı şəhər sakini, Oktay Qurbanov da saxlanılıb. Kolon rəisi, İlkin Tağıyevin işə yeni qəbul olunduğunu və həkim yoxlamasından keçdiyini deyir. Hadisə ilə bağlı Oktay Qurbanov bölməyə dəvət edilərkən polisə müqavimət göstərdiyi üçün onun barəsində də 15 gün inzibati həbs qərarı verilib.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh