Dubay polisi dəyəri 20 milyon dollar olan oğurlanmış brilyantı öz sahibinə qaytarıb

Maraqlı 27 İyul 2018 22:41 Oxunub 1512
Dubay polisi dəyəri 20 milyon dollar olan oğurlanmış brilyantı öz sahibinə qaytarıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ciddi təhqiqatdan sonra polis bu daşı öz sahibinə qaytarmağa nail olub

Dubay polisi yerli şirkətin anbarından oğurlanmış iri brilyantı tapıb və öz sahibinə qaytarıb.

 

Avtosfer.Az AZƏRTAC-a istinadən bildirir ki, çəkisi 9,33 karat, dəyəri 20 milyon dollar olan qiymətli daş mayın 25-də oğurlanıb. Hadisə Dubaydakı sərbəst iqtisadi zonalardan birinin ərazisində baş verib.

 

Qeyd edilir ki, oğurlanmış daş dəniz yolu ilə ayaqqabı qutusunda Şri-Lankaya göndərilibmiş. Ciddi təhqiqatdan sonra polis bu daşı öz sahibinə qaytarmağa nail olub.

 

Hadisəni törətməkdə şübhəli bilinən valyutadəyişmə məntəqəsinin işçisi BƏƏ-də həbs edilib. Asayiş keşişçiləri bu cinayətin açılması əməliyyatını həyata keçirmək üçün videomüşahidə kameralarının 8620 saatlıq yazısını araşdırmalı və təxminən 120 nəfəri istintaq etməli olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh