NASA Marsda yaşayış layihələrini təqdim edib

Maraqlı 29 İyul 2018 10:56 Oxunub 1203
NASA Marsda yaşayış layihələrini təqdim edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dünyanın hər yerindən 18 komandanın iştirak etdiyi yarışma 2014-cü ildə elan olunub

ABŞ-ın Aeronavtika və Kosmik Məkanın Tədqiqi Milli İdarəsi (NASA) Marsda astronavtlar üçün yaşayış yerinin hazırlanması üzrə yarışmanın finalçılarını seçib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, birinci yerə Arkanzasdan olan komanda çıxıb. Onların fikrincə, robotlar Marsda evin tikilməsi üçün zəruri resursları toplayacaq, bundan sonra isə evi 3D-printerlər vasitəsi ilə çap etmək mümkün olacaq. Müəliflər bildirir ki, bu texnologiya binanın sahəsini, bununla yanaşı sakinlərin sayını da artırmağa imkan verəcək. Ən yaxşı beş layihənin yaradıcıları öz aralarında 100 min dollar məbləğində mükafat fondunu bölüşdürüblər. Onların işləri NASA-nın rəsmi saytında yerləşdirilib. Dünyanın hər yerindən 18 komandanın iştirak etdiyi yarışma 2014-cü ildə elan olunub. Təşkilatçılar ümid edir ki, iştirakçılar insanlığı yeni planetlərin müstəmləkələşdirilməsinə yaxınlaşdıra biləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh