Pilotsuz uçan aparatdan rekord – 15 sutka

Texnologiya 29 İyul 2018 12:24 Oxunub 1743
Pilotsuz uçan aparatdan rekord – 15 sutka
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəzəri baxımdan aparat havada 3 ay qala bilər

Avropanın “Airbus” təyyarə konserninin hazırladığı “Zephyr S” pilotsuz uçan aparatı havada 15 sutkadan çox qalaraq dronlar arasında uçuş müddətinin mütləq rekordunu qırıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, “Zephyr S” aparatının ilk uçuşu iyulun 11-də başlayıb. Arizona ştatında yerləşən poliqondan buraxılan dron indiyədək havada uçur. Aparatın uçuş müddətinin son rekordu onun yerə enişindən sonra qeydə alınacaq. Lakin bunun nə vaxt baş verəcəyi barədə məlumat verilmir. Nəzəri baxımdan aparat havada 3 ay qala bilər. Pilotsuz uçan aparatlar arasında uçuş müddətinin əvvəlki rekorduna “Zephyr” aparat prototipi imza atıb – günəş batareyaları ilə işləyən iki elektromotorlu dron havada 2 həftə qalıb. Qanadlarının uzunluğu 28 metr təşkil edən “Zephyr” aparatının bütün üst səthi günəş batareyaları ilə əhatə olunub. Aparat 21,3 kilometr hündürlükdə uçuşlar yerinə yetirə və 5 kiloqramadək faydalı yük daşıya bilir. “Zephyr S” pilotsuz uçan aparatının seriyalı istehsalına bu ayın ortalarında Britaniyanın Farnboro şəhərində başlanılıb. İlk 3 dronun Britaniya hərbçilərinə təqdim edilməsi planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh