"AA" seriyalı maşının sürücüsü cərimələndi - FOTO - VIDEO

Avtosfer TV 29 İyul 2018 13:08 Oxunub 2083
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü aşkar edilib və protokol yazılıb

10 AA 841 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün kobud qayda pozaraq qəzaya səbəb olma videosunu Avtosfer.az saytında işıqlandırmışdıq. 20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsinə gedən  Rövşən Cəfərov küçəsində "AA" seriyali  avtomobilin  sürücüsünün əyləci qəfil istifadə etdiyini görən digər sürücü ondan uzaqlaşmaq üçün ötmə etmək istəyir. Lakin bundan əsəbiləşən "AA" seriyalı avtomobilin sürücüsü ona imkan vermir və sağdan ötmə edərək avtomobilin qarşısında qəfil əyləci basır. Nəticədə qəza baş verir. "AA" seriyalı avtomobilin sürücüsü isə sürəti artıraraq hadisə yerindən uzaqlaşır. 

 

DYP idarəsi görüntülərə baxış keçirərək qaydaları kobud şəkildə pozmuş 10-AA-841 qeydiyyat nişanlı avtomobilin sürücüsünü məsuliyyətə cəlb edib.

 Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh