Ermənilərdən Allahverdi Bağırovun büstünə qarşı vəhşilik - Video

Maraqlı 29 İyul 2018 22:33 Oxunub 1260
Ermənilərdən Allahverdi Bağırovun büstünə qarşı vəhşilik - Video
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daşı param-parça etdikdən sonra Razmikin axtarışına çıxıblar

Azərbaycan Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıb.

 

Avtosfer.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ermənişünas İsmayıl Tanrıverdi Feysbuk səhifəsində yazıb.

 

O bildirib ki, Ağdamda, Milli Qəhrəman Allahverdi Bağırovun şəhid düşdüyü yerdə keçmiş erməni dostları tərəfindən hələ 1994-cü ildən ona abidə qoyulub:

 

"Erməni hərbi operator Arşak Zakaryan 2 gün öncə bunu araşdırdıqda şoka düşüb və bütün Ermənistana car çəkib ki, ay aman, qoymayın, ermənilər erməni torpağında onların düşməninə abidə - qəbir daşı qoyublar".

 

Bundan sonra Xankəndidən gələn bir qrup erməni qəbir daşını şəhərin mərkəzinə aparıblar. İ. Tanrıverdi qeyd edib ki, ermənilər daşdan heyf alıblar. Daşı param-parça etdikdən sonra Razmikin axtarışına çıxıblar:

 

“Razmik də açıq-aşkar xalqa müraciət edərək bildirib ki, düzdür, o abidəni mən dostlarımla birlikdə düzəltmişəm. Biz Allahverdi ilə gənclik dostu olmuşuq. Hətta birlikdə futbol komandasında oynamışıq. Lakin müharibə başlayarkən biz məcburən bir-birimizə qarşı barrikadalarda dayanmalı olduq. Sonra yenə də görüşüb əsirlərin dəyişdirilməsində və s. iştirak edirdik”.

 

Qeyd edək ki, qəbirüstü abidənin Razmik Petrosyan və dostları tərəfindən düzəldildiyi qəbürüstü daşda da qeyd olunmuşdu.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh