Minik avtomobilləri 0,1 faiz bahalaşıb

Avtoxəbər 30 İyul 2018 13:11 Oxunub 1018
Minik avtomobilləri 0,1 faiz bahalaşıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ilin iyun ayında

Azərbaycanda bu ilin iyun ayında minik avtomobilləri 0,1% bahalaşıb. Velosipedlərin qiymətində isə 0,2% artım qeydə alınıb. Avtosfer.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbərə verir. İllik müqayisədə isə minik avtomobillərinin qiymətində 1,4% azalma, velosipedlərin qiymətində 5,2% artım qeydə alınıb. Minik avtomobilləri yanvar ayında 0,3% ucuzlaşıb, fevral, mart, aprel aylarında isə qiymət sabit qalıb, may ayında 0,1% bahalaşıb. Velosipedlərin qiyməti isə yanvarda 0,7% bahalaşıb, fevralda qiymət sabit qalıb, mart ayında isə yenidən 0,3%, aprel ayında 0,1%, may ayında 0,3% artıb. Rəsmi statistikaya əsasən, iyunda 1 minik avtomobili üçün orta qiymət 34 407manat, velosiped üçün isə 162 manat təşkil edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh