Qayda pozub saxlanıldı: sərxoş sürücüdən silah aşkarlandı - Şəkidə

Yarışma 30 İyul 2018 13:26 Oxunub 1468
Qayda pozub saxlanıldı: sərxoş sürücüdən silah aşkarlandı - Şəkidə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şəkidə avtomobildən silah aşkarlanıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Şəki şəhəri ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə “Ford” markalı avtomobil Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü Orta-Zəyzid kənd sakini Xanoğlan Babayevin sərxoş olduğu müəyyən edilib və avtomobil mühafizə olunan duracağa yerləşdirilib. Polis əməkdaşları tərəfindən avtomobildən müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh