Avtomobildən düşüb yolun ortasında oynamağın acı sonu - VIDEO

Avtosfer TV 30 İyul 2018 13:26 Oxunub 1394
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sosial şəbəkədə sonu faciə ilə bitən bu cür videolar da yayılıb

Son günlər sosial şəbəkədə avtomobillərlə şou göstərən sürücü və sərnişinlərin videosu yayılır. Bu viedoları çəkən şəxslər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həm öz həyatlarını həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atır. Avtosfer.az xəbər verir ki, videonu çəkənlər avtomobilin hərəkəti zamanı qapını açaraq yerə düşürlər və rəqs etməyə başlayırlar. Bu artıq dünyanın bir neçə ölkəsində dəb halını alıb. Amma bu hərəkətin nə ilə nəticələnə biləcəyini öncədən düşünmürlər. Sosial şəbəkədə sonu faciə ilə bitən bu cür videolar da yayılıb. Videodakı xanım sürücü sözügedən məsələdəki kimi qapını açır və yerə düşüb oynayır. Bu zaman arxadan yüksək sürətlə gələn avtomobil onu görməyərək vurub öldürür.

Həmçinin məşhur şəxslər də buna qarşı sosil çarxlar çəkiblər. Məsələn, türkiyəli müğənni və aktrisa Hülya Avşar da eyni tipli video şəkərək cəmiyyətə mesaj verir ki, bu əməl təhlükəlidir və avtomobiliniz bir anda əlinizdən çıxa bilər.

Cəmiyyətimizdəki insanlara səslənib bildiririk ki, bu cür lazımsız hərəkətlərlə gündəmə gəlib insanları pis vərdişlərə təhrik etməyək. Daha yaxşı işlər görərək, ölkəmizin inkişafına,cəmiyyətdəki insanların təfəkkürünün artmasında lazımlı işlər görək.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh