Qayda pozan sürücüdən şikayət olundu: DYP cərimələdi - VIDEO

Avtosfer TV 30 İyul 2018 13:42 Oxunub 1765
Qayda pozan sürücüdən şikayət olundu: DYP cərimələdi - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəyda pozan sürücü inzibati məsuliyyətə cəlb olunub

Son zamanlar ölkədə gənclər arasında ictimai nəzarət artıb. Yollarda qayda pozan sürücüləri videoya çəkərək sosial şəbəkələrdə paylaşırlar və yaxud DYP idarəsinə göndərərək həmin şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edirlər. Bu nəzarətin özü də cəmiyyətin düzgün formalaşmasında müsbət nəticə verir.

Gənc fəallardan biri Avtosfer.az-ın redaksiyasına qayda pozan bir sürücünün görüntüsünü göndərərək onun məsuliyyətə cəlb olunduğunu bildirib. Videoda aydın şəkildə görünür ki, Yusif Səfərov küçəsiylə hərəkət edən 10-TK-211 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü dəfələrlə manevr qaydasını pozaraq təhlükəli hərəkətlər edib. Bunu görən sürücü DYP rəhbərliyinə müraciət edib və qayda pozan sürücü inzibati məsuliyyətə cəlb olunub.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh