Avtomobildən 95 ədəd aksiz markasız araq aşkarlandı - FOTO

Avtoxəbər 30 İyul 2018 16:04 Oxunub 1324
Avtomobildən 95 ədəd aksiz markasız araq aşkarlandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda aksiz markasız spirtli içkinin realizə edilməsinin qarşısı alınıb. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycana sərnişin daşıyan "Mercedes-Benz 0403" markalı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb. Gürcüstan vətəndaşı Turan Nabievin idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı, orada spirtli içkilərin olduğu müəyyən edilib. Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə ətraflı baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində olan 7 ədəd sellofan torbada cəmi 95 ədəd 1 litrlik müxtəlif adda araqlar aşkar olunub. Faktla bağlı araşdırma aparılır. 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh