Yol polislərinin turistlərdən pul istəməsi xəbərinə cavab

Yol polisi 30 İyul 2018 20:50 Oxunub 1293
Yol polislərinin turistlərdən pul istəməsi xəbərinə cavab
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi həm vətəndaşların, həm də ölkəmizə gələn turistlərin xidmətindədir

Son günlər bəzi kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə Azərbaycana gələn turistlərin yerli işbazlar tərəfindən aldadılması, önəmsiz xidmətlərə görə pul alınması ilə bağlı məlumatlar yayılıb. 

Bəzi elektron kütləvi informasiya vasitələri isə daha irəli gedərək dövlət yol polisi əməkdaşlarının ünvanına ittihamlar səsləndirib. İddia ediblər ki, guya YPX əməkdaşları onlardan yol soruşan turistlərdən pul istəyiblər. 

Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı bildirib ki, yazılan məlumatlar əsasızdır. Bu cür hal baş verməyib və ümumiyyətlə, baş verməsi mümkün deyil. DYP onu da bəyan edib ki, yol polisi hər zaman həm vətəndaşların, həm də ölkəmizə gələn turistlərin xidmətindədir. 

Məsələ ilə bağlı açıqlama verən Turizm Agentliyinin rəsmisi Kənan Quluzadə APA-ya bildirib ki, bu ünsiyyətin nəticəsi olaraq, xarici ölkələrdən gələn turistlərdə ölkəmiz və əhalisi haqqında fikirlər formalaşır. Məhz bu fikirlərdən asılı olaraq növbəti illərdə ölkəmizə gəlməyi planlaşdıran turistlərdə Azərbaycan haqqında təsəvvürlər yaranır. Ancaq təəssüf ki, son vaxtlar həm regionlarda, həm də Bakının mərkəzində bəzi sadə vətəndaşların turistləri aldatmağa çalışması, hər hansı xidmətin qarşılığında müvafiq qiymətdən daha çox pul istəməsi, hətta bəzən turistə lazım olmayan xidmətlər üçün də pul tələb etməsi kimi hallara rast gəlinir. Vurğulayım ki, bunu hansısa dövlət qurumunun əməkdaşları yox, məhz bəzi fürsətçil vətəndaşlar edir”.

K. Quluzadə əlavə edib ki, bu cür xoşagəlməz halların qarşısını almaq üçün digər dövlət qurumları və tərəfdaş şirkətlərlə birlikdə əhali arasında maarifləndirmə kampaniyasına başlamaq, sosial şəbəkələrdə və mediada xüsusi hazırlanmış məlumat və maarifləndirmə xarakterli materiallar yaymaq planlaşdırılır.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh