Şvartsnegger tankla limuzinin üstündən keçdi - VİDEO

Maraqlı 30 İyul 2018 22:54 Oxunub 2434
Şvartsnegger tankla limuzinin üstündən keçdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onunla birlikdə kabində teleaparıcı Cey Lino da olub

Aktyor Arnold Şvartsnegger şəxsi tankı ilə “Lincoln Town Car” limuzininin üstündən keçib.

Avtosfer.Az ölkə.az-a istinadən xəbər verir ki, Hollivud ulduzu “Make it!” teleşosunun çəkilişləri üçün belə bir addım atıb.

Aktyorun “M47 Phatton II” tankının çəkisi 46 tondur. Onunla birlikdə kabində teleaparıcı Cey Lino da olub.

 

Tank Arnolda məxsusdur. Aktyor bildirib ki, hərbi xidmət zamanı tank idarə etməyi öyrənib. Sonradan isə bort nömrəsi 331  olan tankı özü üçün alıb.

 

Şvartsneggerin 70 yaşı var. Aktyor karyerası ilə yanaşı siyasətdə də özünü sınayıb. O, 2003-2011-ci illər ərzində Kaliforniya qubernatoru olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh