Balıqları qorumaq üçün tankları suya atdılar - Aralıq dənizində

Maraqlı 31 İyul 2018 09:47 Oxunub 1393
Balıqları qorumaq üçün tankları suya atdılar - Aralıq dənizində
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə bir üsul ilk dəfə 6 il əvvəl Livanda tətbiq edilib və uğurlu alınıb

Livanda ekoloqlar ölkə ordusunun tanklarını Aralıq dənizinə batırıblar. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilir ki, bu, dəniz sakinlərinin su altında yaxşı gizlənməsi və nəsil artıra bilmələri üçün sualtı süni lif yaratmaq məqsədi daşıyır. Belə dəstək xüsusən balıqlara lazımdır. Çünki son vaxtlar onlar artıq ovdan və qlobal istiləşmədən əziyyət çəkirlər. Sayda şəhəri yaxınlığında toplar batırılıb. Burada balıq vətəgələri genişlənir. Əvvəllər həmin ərazidə köhnə avtobusları yandırırdılar. Texnika yosunların və digər bitkilərin sürətli inkişafına kömək edir, kürü və nəsil yetişdirmək üçün əla məkan olur. Belə bir üsul ilk dəfə 6 il əvvəl Livanda tətbiq edilib və uğurlu alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh