Azərbaycan Milli Olimpiya Komitəsi və Toyota arasında tərəfdaşlıq

Avtodünya 31 İyul 2018 11:53 Oxunub 2145
Azərbaycan Milli Olimpiya Komitəsi və Toyota arasında tərəfdaşlıq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Azərbaycan Milli Olimpiya Komitəsinin tərəfdaşı olmaqdan böyük fəxr hissi duyuruq

Bu ilin iyul ayında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və “Toyota Caucasus” şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Toyota-nın Qafqaz regionu üzrə prezidenti Mitsuru Konişi arasında imzalanmışdır. Müqaviləyə əsasən Toyota şirkəti 2018-ci ilin sonuna qədər Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının “Məğrur tərəfdaşı” qismində çıxış etmək hüququ qazanmışdır. Tərəfdaşlıq çərçivəsində “Toyota Caucasus” şirkəti  Buenos-Ayres 2018 Yeniyetmələrin Olimpiya Oyunları və 2-ci Beynəlxalq Həmrəylik Tennis Çempionatının təbliğində MOK-a dəstək göstərəcəkdir. Çingiz Hüseynzadə bu tərəfdaşlığı yüksək dəyərləndirərək söyləmişdir ki, dünyanın ən tanınmış avtomobil nəhənglərindən biri olan Toyota şirkəti ilə belə bir tərəfdaşlıq MOK üçün yenilikdir. “Belə bir tərəfdaşlığın Buenos-Ayres 2018 Yeniyetmələrin Olimpiya Oyunları kimi tarixi əhəmiyyətli idman tədbiri ərəfəsində baş tutması mötəbər bir hadisədir. Bu tərəfdaşlığı 2019-cu ildə Minskdə keçiriləcək 2-ci Avropa Oyunları, Bakının ev sahibliyi edəcəyi Avropa Yeniyetmələrin Olimpiya Festivalı və, nəhayət, Tokio 2020 Yay Olimpiya Oyunlarına qədər davam etdirməyə ümid edirik”, — deyə Çingiz Hüseynzadə bildirmişdir. Qeyd edək ki, Olimpiya və Paralimpiya hərəkatı ilə ümumdünya tərəfdaşlıq Toyota-nın təşəbbüsü ilə yaradılan ilk qlobal kampaniyadır və dünya üzrə bütün Toyota nümayəndəlikləri tərəfindən dəstəklənir. “Toyota Caucasus” şirkətinin prezidenti Mitsuru Konişi öz növbəsində bildirmişdir: “Biz çox şadıq ki, Olimpiya/Paralimpiya ailəsinin bir hissəsi olduq, çünki bu hərəkatın ruhu Toyota-nın daima təkmilləşmək və istənilən çətinliyin öhdəsindən gəlmək fəlsəfəsinə uyğundur. Biz həqiqətən də fəxr edirik ki, Azərbaycan idmançılarını dəstəkləmək, qarşıdakı oyunlarda onları ilhamlandırmaq fürsətinə malik olduq. Biz hər bir idmançının əzmkarlığını dəyərləndiririk və onların qalib gələcəyinə inanırıq. Azərbaycan Milli Olimpiya Komitəsinin tərəfdaşı olmaqdan böyük fəxr hissi duyuruq”.

http://avtosfer.az/upload/news/8a9be3.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh