Qubada 11 yaşayış məntəqəsini əhatə edən yolların bərpası yekunlaşır – FOTO

Yeniliklər 31 İyul 2018 11:57 Oxunub 1332
Qubada 11 yaşayış məntəqəsini əhatə edən yolların bərpası yekunlaşır – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məqsəd vətəndaşların sosial rifah halına müsbət təsir edən kənd təsərrüfatının və turizmin inkişafı sürətləndirməkdir

Qubada 11 yaşayış məntəqəsini əhatə edən yolların bərpası yekunlaşır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, Quba rayonunda həyata keçirilən yol infrastrukturu layihələri sırasında başlanğıcını M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan götürən 33 km-lik İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə uzanan yollardır. Sözügedən yolların uzun müddət təmir olunmadan istismarı nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlmiş, yolun çınqıl və qara örtüyü tamamilə sıradan çıxmışdı, üstəgəl yol bəzi hissələrdə kənar relyefdən aşağı səviyyədə idi və torpaq yatağının eni standartlara cavab vermirdi. Sadalanan problemlərin, o cümlədən yollar boyu hərəkət nəticəsində yaşanan maneələrin dərhal aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi marşrut üzrə lazımi sayda qüvvə cəlb etməklə təxirəsalınmaz tədbirlərə start vermişdi. 11 yaşayış məntəqəsini əhatə edən digər İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun IV texniki dərəcəyə uyğun yenidən qurulması yekunlaşır. İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə müasir yol infrastrukturunun yaradılması üçün icra olunan layihə çərçivəsində 148 ədəd yol nişanının, 33 ədəd km göstəricisinin və 1350 ədəd siqnal dirəyinin quraşdırılması, hərəkətin normal təşkili üçün 99 km uzunluğunda yolcizgi və yolgöstərici xətlərin, həmçinin 3 min metr yol birləşmələri və piyada keçidlərində piyada zolağının çəkilməsi nəzərdə tutulub. Təbii ki, sözügedən istiqamət üzrə yolların əsaslı şəkildə yenidən qurulmasında məqsəd vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını rahatlaşdırmaqla qeyd olunan ərazilərdə vətəndaşların sosial rifah halına müsbət təsir edən kənd təsərrüfatının və turizmin inkişafı sürətləndirməkdir. 

Namiq

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh