ABŞ kosmik qoşunlar yaradır

Yeniliklər 31 İyul 2018 14:03 Oxunub 1131
ABŞ kosmik qoşunlar yaradır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Donald Tramp iyunun 18-də Kosmik Qüvvələrin yaradılması haqda əmr verib

ABŞ-ın Müdafiə Nazirliyi bu ilin sonuna kimi Kosmik Qüvvələrin formalaşdırılmasına başlayacaq. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, Pentaqon bu ilin sonuna kimi 4 komponentindən 3-nün formalaşdırılmasına start veriləcək. Nazirliyini bu məqsədlə yeni operativ komandanlıq və peyklərin alışı üçün yeni bir  ortaq agentlik yaratmaq istədiyi bildirilir. Pentaqonun yaratmaq istədiyi yeni komandanlıq, yeni peyk alışı agentlik və bütün qoşun növlərinin operatorlarının qruplaşdırılması kimi 3 komponent Konqresin razılığını tələb etmir. Amma dördüncü - maliyyə və maliyyə idarəetməsi daxil olmaqla, əsas və dəstək xidmətləri komponenti isə qanunverici orqanın razılığını tələb edir. Nəşrin məlumatına görə Pentaqon rəhbərliyi isə ilin sonuna kimi bu sahədə lazımi qanun layihəsini Konqresə təqdim etmək istəyirlər. Beləliklə ilin sonuna kimi artıq Kosmik Qüvvələrin tam 4 komponentinin formalaşdırılmasına start verilmiş olacaq. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iyunun 18-də ölkəsinin yani Kosmik Qüvvələrin yaradılması haqda əmr verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh