Yol polisindən Məzahir Əsədovla bağlı – Açıqlama

Xəbərlər 31 İyul 2018 14:04 Oxunub 1914
Yol polisindən Məzahir Əsədovla bağlı – Açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Həmin sürücülər cərimə ilə razılaşaraq izahat yazıblar”

Avtosfer.az saytında Bakı şəhər DYP İdarəsinin Hərəkətin İdarəetmə şöbəsinin inspektoru, polis-mayoru Məzahir Əsədovla bağlı yayılan məlumata cavab verilib. Bakı Şəhər DYP-dən bildirilib ki, yazıda adı çəkilən sürücülər İdarəyə dəvət olunub, onlar həmin qayda pozuntuları ilə bağlı izahatlarında cərimələrlə razılaşıb və bir nəfər ödənişi də həyata keçirib: “Məzahir Əsədov İdarənin ən savadlı və işgüzar əməkdaşlarından biridir. Ona yönləndirilən bütün müraciətləri qanunun tələbinə uyğun araşdırır və müvafiq qərar qəbul edir. Konkret olaraq yazıda adı çəkilən sürücü Orxan Cəfərov öz izahatında törətdiyi xətanı etiraf edib və cəriməni ödəyib. Digər sürücü Elvin Məcidov da dünən idarədə olub və izahatında qayda pozuntusunu etiraf edib. O ki qaldı Elvin Məcidovla eyni səmtə gedən “Jeep”in sürücüsünün aşkarlanmasına, onu da araşdırırıq. Çox güman ki, onun barəsində də tədbir görülüb. Lakin görüntülərdə nömrə aydın görünmədiyi üçün dəqiqləşdirmək biraz zaman aparacaq. Bu barədə də məlumat verəcəyik”.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh