Yol polisi azyaşlı körpəni belə xilas etdi - VİDEO

Yol polisi 31 İyul 2018 14:25 Oxunub 2270
Yol polisi azyaşlı körpəni belə xilas etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uşağın ailəsi öz peşə borcunu şərəflə yerinə yetirən YPX əməkdaşına minnətdarlığını bildirir

Azərbaycanda yol polisi azyaşlı körpənin həyatını xilas edib. Vətəndaş İsa İsayev bildirir ki, iki aylıq körpənin hərarəti artdığı üçün onu təcili xəstəxanaya aparmalı olub. Bu zaman Zabrat-Maştağa yolunda olan tıxac körpənin həyat təhlükəsini artırıb. İyulun 26-da, saat 09:30 radələrində peşə xidmətini yerinə yetirərkən DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 99 YP 744 dövlət nömrə nişanlı avtomobilini idarə edən əməkdaşı yolda olan tıxacı açaraq, azyaşlı körpənin vaxtında xəstəxanaya çatdırılmasını təşkil etməklə onun həyatını xilas edib. YPX əməkdaşı uşağın olduğu avtomobili yolboyu müşaiyət edərək tıxacdan çıxarıb və xəstəxanaya tez çatmasına şərait yaradıb.

Uşağın ailəsi peşə borcunu şərəflə yerinə yetirən yol-patrul xidməti əməkdaşına minnətdarlığını bildirir.

Sözügedən videokadırı təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh