Meteoritin içindən çıxan mavi kristal Günəş sisteminin tarixini işıqlandırdı

Maraqlı 31 İyul 2018 20:40 Oxunub 1388
Meteoritin içindən çıxan mavi kristal Günəş sisteminin tarixini işıqlandırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yüksək enerjili laxta püskürdüyünü ortaya çıxarıb

Alimlər Günəşin 4.6 milyard il əvvəl yaranmasından bir müddət sonra necə bir struktura sahib olduğuna dair məlumatlar əldə edə biləcəkləri minerallar kəşf ediblər.

 

Avtosfer.Az ölkə.az-a istinadən xəbər verir ki, tapılan bir meteoritin içindən çıxan mavi rəngli hibonit kristalları sayəsində Günəşin yarandıqdan sonra necə bir struktura sahib olduğu və Günəş sistemindəki ilk mineralların necə yarandığı məlum olub.

 

Mavi kristal 4.5 milyard il yaşı olan meteoritin içindən çıxıb. Kristalın tərkibi Günəşin bir neçə milyon il yüksək enerjili laxta püskürdüyünü ortaya çıxarıb.

 

Məlum olub ki, Günəş bu dövrdə son dərəcə aktiv olub və çoxsaylı partlayış və püskürmələr baş verib. Alimlərin hesablamalarına əsasən, yeni yaranan Günəşin ətrafı toz və qazdan ibarət qalın bir disk ilə əhatələnib. Diskin içində tempratur 1500 dərəcə olub. Disk soyuyanda isə Günəş sistemində ilk minerallar yaranmağa başlayıb və mavi hibonit kristal da ilk yaranan minerallardan biridir.

 

Kristalların yaranması davam etdiyi dövrdə Günəş yenə də enerji püskürüb və yüksək sürətli protonlar hibonit mineralların içindəki kalsium və alüminium atomları ilə toqquşub. Bu toqquşmalar nəticəsində daha kiçik neon və helium atomları yaranıb. Bu atomlar da kristalların içində zaman kapsulu kimi donaraq milyardlarla il qalıb.

 

Kristalın içindəki bu atomlar son dərəcə həssas lazerlər vasitəsilə ortaya çıxarılıb. Lazer mavi kristalı əridib və içindəkiləri analiz edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh