Bakı-Qazax yolunda DƏHŞƏTLİ QƏZA - Ailənin 3 üzvü öldü - ADLAR - FOTO

Avtosfer Foto 31 İyul 2018 21:23 Oxunub 6256
Bakı-Qazax yolunda DƏHŞƏTLİ QƏZA - Ailənin 3 üzvü öldü - ADLAR - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya düşən Qobustan sakinləri Qaxdan istirahətdən qayıdırmış

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralanan şəxslərin kimliyi bəlli olub. Avtosfer.Az APA-ya istinadən bildirir ki, Bakı-Qazax avtomobil yolunda "BMW" markalı minik avtomobilinin "KamAZ" markalı yük avtomobilinə arxadan çırpılması nəticəsində "BMW" sürücüsünün həyat yoldaşı 1980-cı il təvəllüdlü Əliyeva Səmayə Məmməd qızı, qardaşının həyat yoldaşı Əliyeva Xatirə Kamil qızı və qardaşı oğlu 2005-ci il təvəllüdlü Əlizadə Rizvan Süleyman oğlu ölüb. Qəza nəticəsində 1975- ci il təvəllüdlü Əliyev Müşviq Əliqardaş oğlu, 2012-ci il təvəllüdlü Əlizadə Ömər Müşviq oğlu, 2008-ci il təvəllüdlü Əlizadə Nərmin Müşviq qızı, 2009-cu il təvəllüdlü Əlizadə Əliqardaş Müşviq oğlu xəsarət alıblar. Ölənlərdən birinin cəsədi deformasiyaya uğramış avtomobildən xilasedicilər tərəfindən çıxarılıb.

Məlumata görə, qəzaya düşən Qobustan sakinləri Qaxdan istirahətdən qayıdırmış. Onların hamısının yaxın qohum olduğu bildirilir.




 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh