Yeni tariflər nəqliyyatda xidmətin keyfiyyətinin artmasına şərait yaradacaq - RƏSMİ - VİDEO

Avtosfer TV 31 İyul 2018 22:00 Oxunub 1387
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu problemin həlli ilə bağlı nazirliyə və digər müvafiq qurumlara çoxsaylı müraciətlər edib

Tarif Şurası tərəfindən ictimai nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsi birbaşa vətəndaşlara daha yüksək və keyfiyyətli xidmət göstərilməsinə gətirib çıxaracaq.

 

Avtosfer.Az bildirir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Tahir Məmmədov deyib ki, sonuncu dəfə avtobus marşrutları ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi 2007-ci ildə müəyyən olunub. Buna baxmayaraq, bu müddət ərzində nəqliyyat parklarının istismar və daşıma xərcləri artıb.

 

Tahir Məmmədov bildirib ki, daşıyıcılar uzun müddətdir ki, bu problemin həlli ilə bağlı nazirliyə və digər müvafiq qurumlara çoxsaylı müraciətlər edib.

 

O qey edib ki, Azərbaycanda sərnişindaşıma xidmətləri üzrə tariflər əksər MDB və region ölkələri ilə müqayisədə aşağıdır.

 

Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Mais Ağayev bildirib ki, paytaxt daxilində sərnişinlərə xidmət göstərən ictimai nəqliyyatın qiymətinin tənzimlənməsi avtobus parkının yenilənməsinə, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasına və son nəticədə isə bu sahədə xidmət səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcək.

 

Mais Ağayev onu da əlavə edib ki, işinə laqeyd və məsuliyyətsiz yanaşan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq.

 

''Bakı Metropoliteni" QSC-nin şöbə rəisi Bəxtiyar Məmmədov isə bildirib ki, dünya ölkələri ilə müqayisədə Azərbaycanda metronun qiyməti ən aşağı səviyyədədir. Metroda sonuncu dəfə sərnişindaşıma xidmətinin tarifi 2011-ci ildə dəyişdirilib. Onun sözlərinə görə, metroda bir sərnişindaşımanın istismar xərcləri 47 qəpiyə bərabərdir. Bu tarif dəyişikliyindən sonra da arada 17 qəpiklik bir fərq olacaq.

 

Qeyd edək ki, yeni qiymət tarifləri sabahdan qüvvəyə minəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh