Yol polisi maşından düşüb yolun ortasında oynayanlara - Xəbərdarlıq etdi - VİDEO

Yol polisi 1 Avqust 2018 08:37 Oxunub 1586
Yol polisi maşından düşüb yolun ortasında oynayanlara - Xəbərdarlıq etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: “Bu cür hərəkətlər heç də yaxşı nəticələnmir, ağır faciələrə yol açır”

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Avtosfer.az portalında yayılan və son günlər bəzi sürücü və sərnişinlər tərəfindən dəb halını almış, sosial şəbəkələrdə yayılmış videoya reaksiya verib. Söhbət avtomobil hərəkətdə olan zaman maşından düşüb yolun ortasında oynayan və video çəkərək sosial şəbəkələrdə paylaşanlardan gedir. Bu tendensiya daha çox xarici ölkələrdə yayılsa da, ölkəmizdə də analoji hallar az deyil. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, həmin videoları izləyib. "Sürücülər və sərnişinlər bu cür hallara qəti yol verməsinlər. Çünki təqdim olunan videodan da aydın olur ki, bu cür hərəkətlər heç də yaxşı nəticələnmir, hətta ağır faciələrə yol açır. Qəflətən yol nəqliyyat hadisələri baş verir, yaxud həmin sürücü və sərnişinlər maşınlar tərəfindən vurulur”. 

V.Əsədov sürücülərə və sərnişinlərə xəbərdarlıq da edib. Bildirib ki, xüsusilə sürücülər burada məsuliyyət daşıyır. "Özlərini və yanında daşıdığı sərnişini təhlükəyə atmamaq üçün bu cür hallara yol verilməməlidirlər. Əks halda ölüm və həbssə nəticələnən hadisələr qaçılmazdır”.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh