Qəbələyə dəmir yolu çəkilir

Yeniliklər 1 Avqust 2018 10:23 Oxunub 1051
Qəbələyə dəmir yolu çəkilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hər iki layihə üzrə dəmir yolunun çəkiləcəyi müddət bilinəndə ictimaiyyətə məlumat veriləcək"

Azərbaycanda turizm mərkəzlərinə dəmir yolu çəkilişi üzrə işlər davam edir. Avtosfer.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə bildiriblər ki, hazırda Qəbələyə dəmir yolu xətlərinin çəkilməsi istiqamətində işlər aparılır, torpaq yatağı hazırlanır: "Qəbələyə yol Ləkidən dönməklə çəkiləcək. Əvvəlcə Bakıdan Ləki stansiyasınadək, sonra Ləkidən sağ tərəfə çıxıb, Ağdaşın yanından keçməklə Qəbələnin hava limanına qədər gediləcək. Nəzərə almaq lazımdı ki, Ləki stansiyasından Qəbələyə qədər olan ərazinin relyefi bir az mürəkkəbdir, dağlıq yerlər var". Qeyd olunub ki, bundan başqa, Qusar rayonundakı Şahdağ dağ-xizək kurortuna dəmir yolunun çəkilməsi və Bakı-Yalama xəttinin yeniləşdirilməsi nəzərdə tutulur: "Burada da layihələndirmə işləri aparılır. Hər iki layihə üzrə dəmir yolunun çəkiləcəyi müddət bilinəndə ictimaiyyətə məlumat veriləcək".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh