Qatarı stansiyaya çatmamış saxlayan maşinistə töhmət verilib

Qaydalar 1 Avqust 2018 17:24 Oxunub 2285
Qatarı stansiyaya çatmamış saxlayan maşinistə töhmət verilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Özü də səmimi etiraf edib ki, ani diqqəti yayınıb"

“Metronun “28 May” stansiyasında qatarı hüdud xəttinə çatmadan sərnişinlərin minib-düşməsi üçün saxlayan maşinistə sonuncu xəbərdarlıqla töhmət verilib”. Bunu “Report”a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. B.Məmmədovun sözlərinə görə, maşinist öz səhvini etiraf edib: “Özü də səmimi etiraf edib ki, ani diqqəti yayınıb. Bunun əsasında bütün təlimatçı-maşinistlərə bütün lokomotiv briqadaları ilə bu nümunə əsasında ciddi iş aparılması üçün ciddi tapşırıqlar verilib”.

Qeyd edək ki, ötən gün səhər saat 08:29-da “İçərişəhər” stansiyası istiqamətində hərəkət edən qatar “28 May” stansiyasında hüdud xəttinə çatmadan dayanıb. Bu zaman sonuncu vaqon tunelin içində oluduğundan qoruyucu dəmirlər qapıların qarşısını kəsib və sərnişinlərin düşüb-minməsində çətinlik yaranıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh