Prezident Neftçalada istehsal olunan maşını sürdü - VİDEO

Avtosfer TV 1 Avqust 2018 17:47 Oxunub 3237
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident 136 vətəndaşa verilən “Khazar LX” avtomobilini idarə edib

Xəbər verdiyimiz kimi, bu gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi keçirilib. Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Ölkə başçısı mənzillərin sənədlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib. Daha sonra prezident 136 vətəndaşa verilən “Khazar LX” avtomobilini idarə edib.

Qeyd edək ki, “Khazar LX” avtomobilləri Neftçala Sənaye Parkında fəaliyyət göstərən “Azərmaş” MMC tərəfindən istehsal olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh