Bu ölkədə qadınlar evdə abort etdirə biləcək - Qanuna dəyişiklik

Maraqlı 1 Avqust 2018 20:00 Oxunub 1351
Bu ölkədə qadınlar evdə abort etdirə biləcək - Qanuna dəyişiklik
WhatsApp kanalımıza abunə ola bilərsiniz
24 saatdan 48 saata qədər iki növ tablet istifadə etmək lazımdır

Şotlandiya və Uelsin ardından İngiltərə də qadınların abortu üçün evdə həb qəbul etməsinə icazə verilməsi barədə qanuna dəyişiklik etmək istəyir.

 

Avtosfer.Az yenicag.az-a istinadən xəbər verir ki, erkən müalicə yolu ilə həyata keçirilən abortu reallaşdırmaq üçün 24 saatdan 48 saata qədər iki növ tablet istifadə etmək lazımdır.

 

"Xəstəxanada bunu həyata keçirmək, eyni klinikaya iki dəfə getmək deməkdir. Amma bu yolla heç bir əlavə xərcə ehtiyac olmadan evdə eyni şeyi etmək olar" - deyə İngiltərə Səhiyyə Nazirliyinin rəsmiləri qərara haqq qazandırıblar.

 

Katib Matt Hancock qadınların evdə ikinci həb ala bilməsi üçün qanunvericiliyin dəyişdirilməsi yönündə çağırış edib. 50-dən çox millət vəkili bu fikri dəstəkləyib.

 

"Biz bunun sağlamlığa heç bir zərər vurmayacağını bilirik. Bu, heç bir həyat riski doğurmur. Digər tərəfdən isə hamilə qadınların əlavə vaxt və enerji itkisini önləyir" - deyə Kardioloqlar və Ginekoloqlar Kollecinin (RCOG) direktoru, professor Lesley Regan "Victoria Derbyshire" proqramına açıqlamasında bildirib.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı abort həbindan evdə istifadə edilməsini zərərsiz hesab edir.

 

Eyni zamanda İngiltərədəki bəzi xəstəxanalar və klinikalar riskləri artırsa da, qadınların eyni gündə iki həb almasına icazə verir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh