Bu marşrutlarda gediş haqqı aşağı salındı - RƏSMİ

Yeniliklər 1 Avqust 2018 20:40 Oxunub 2183
Bu marşrutlarda gediş haqqı aşağı salındı - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
501, 502, 503 saylı marşrut xətləri üzrə (Bakı-Sumqayıt) gediş haqqı 80 qəpik müəyyənləşdirilmişdi

Bəzi marşrut xətlərinin tarifində yenidən dəyişiklik edilib.

 

Avtosfer.Az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

 

Onun sözlərinə görə, Tarif Şurasının iyulun 30-da qəbul etdiyi qərara əsasən, 501, 502, 503 saylı marşrut xətləri üzrə (Bakı-Sumqayıt) gediş haqqı 80 qəpik müəyyənləşdirilmişdi.

 

"Sakinlərin müraciəti nəzərə alınaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən daşıyıcılarla danışıqlar aparıldı və həmin tarifin müəyyən müddət üçün 60 qəpik qismində müəyyənləşdirilməsi təmin edildi".

 

Mənbə: Publika.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh