Alimlər 140 milyon il əvvələ aid dinozavrın ayaq izlərini tapıblar

Maraqlı 2 Avqust 2018 12:05 Oxunub 967
Alimlər 140 milyon il əvvələ aid dinozavrın ayaq izlərini tapıblar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Eyni bölgədə 1997-ci ildə də 52 dinozavrın ayaq izinə rast gəlindiyi qeyd edilib

Alimlər İngiltərənin Dorset bölgəsindəki qayalıq ərazidə dinozavrlara aid ayaq izləri aşkar ediblər. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, dinozavrın ayaq izlərinin 140 milyon il əvvəlki dövrə aid olduğu bildirilib. İngiltərənin cənub sahillərində yaşadığı bildirilən dinozavr otyeyən Sauropoda növünə aiddir. Sauropoda növü dinozavrların arasında ən böyükləri kimi səciyyələndirilir. Onların uzunluqları 40 metrə, çəkiləri isə 80 tona çatır. Ayaq izlərinin zərər verilmədən ortaya çıxarıldığı və muzeydə nümayiş etdiriləcəyi bildirilir. Eyni bölgədə 1997-ci ildə də 52 dinozavrın ayaq izinə rast gəlindiyi qeyd edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh