Azərbaycanlı ailə Rusiyada qəzaya düşdü: 2 ölü, 6 yaralı  – FOTO + VİDEO

Qəzalar 2 Avqust 2018 13:53 Oxunub 2396
Azərbaycanlı ailə Rusiyada qəzaya düşdü: 2 ölü, 6 yaralı  – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
““KIA”-nın sürücüsü sükan arxasında yatıb”

Rusiyanın Saratov vilayətinin Volsk rayonunda iki nəfərin ölümü və altı nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, “Sızran-Saratov-Volqoqrad” magistralında “Mitsubishi Outlander”, “Hyundai Creta” və “KIA Rio” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində Azərbaycandan olan Cavadovlar (“KIA” markalı avtomobildə hərəkət edirmişlər - red.) və Votskins şəhərindən olan Şaydurovlar ailəsinin üzvləri xəsarət alıblar. Məlumatlara görə, “KIA”-nın sürücüsü sürət həddini aşaraq “Hyundai”la toqquşub. Bundan sonra birinci avtomobil “Mitsubishi”yə çırpılıb. Hadisədən sonra “KIA” yol kənarına aşıb. Qəza zamanı bu avtomobildə olan 1966-cı il təvəllüdlü sərnişin dünyasını dəyişib. Xəstəxanaya çatdırılan Cavadovlar ailəsinin 26 yaşlı xanımının da həyatını xilas etmək mümkün olmayıb. Ailə başçısı, beş və səkkiz yaşlı övladları Volsk rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. “KIA” markalı avtomobildəki digər sərnişin - Nataliya Şaydurova yüngül xəsarət alıb. Hadisənin təfərrüatı araşdırılır. “Mitsubishi” avtomobilinin sürücüsünün sözlərinə görə, “KIA”-nın sürücüsü sükan arxasında yatıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh