“Baku Bus”un avtobusu ağır qəza törətdi - FOTOLAR

Xəbərlər 2 Avqust 2018 14:55 Oxunub 3505
“Baku Bus”un avtobusu ağır qəza törətdi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərbənin gücündən “Mercedes” irəli gedərək daha bir maşını vurub

Bu gün saat 14.40 radələrində Səbail rayonu, Neftçi Qurban küçəsində zəncirvari yol qəzası baş verib. Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, “Baku Bus” MMC-yə məxsus “İveco” markalı, 99 JX 113 dövlət nömrə nişanlı avtobus “Mercedes” markalı, 10 SN 481 dövlət nömrə nişanlı avtomobili arxadan vurub. Zərbənin gücündən təxminən 15 metr irəli hərəkət edən “Mercedes” yolun kənarında dayanan “Opel” markalı 90 RP 834 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə Səbail rayon DYPŞ-nin əməkdaşları gəlib, qəzanən səbəbi araşdırılır.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh