Sərxoş sürücü qəza törətdi, qardaşı yol polisini şərlədi - Şirvanda

Yol polisi 2 Avqust 2018 15:08 Oxunub 4201
Sərxoş sürücü qəza törətdi, qardaşı yol polisini şərlədi - Şirvanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DİN: “Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”

Şirvan şəhərində bir ailənin üzvlərinin içində olduğu maşının qəzaya düşməsinə yol polisinin səbəb olması barədə iddialar səslənib. Dünən “Qafqazinfo”ya müraciət edən Rais Ağarzayev bildirib ki, hadisə iyulun 25-də gecə saat 23 radələrində Şirvan şəhəri Hacıqaraman qəsəbəsində baş verib. O, qardaşı Firkət Ağarzayevlə toydan çıxıblar: “Fikrət içkili idi, özünə məxsus “Mercedes” markalı 10 GG 921 nörməli avtomobili sürürdü, mən də arxasıyca gedirdim. Onun maşınında arvadı və 12 yaşlı oğlu, əmim oğlu Bəxtiyar Ağarzayev olub. 99 YP 131 və 99 YP 132 nömrəli polis maşınları məni ötüb keçdilər, elə bildim hadisə yerinə gedirlər. Onlar qardaşımı təqib ediblər, sağından-solundan keçib sıxışdırmağa çalışıblar. O da saxlamayıb, amma polislər “miqalkasız” sürərək onu təqib etməyə davam ediblər, yolda onu sağdan sıxışdıraraq elə bir situasiyaya salıblar ki, qardaşımın maşını aşıb. Polislər qəzanı görüb salxamayıb gediblər, 10 dəqiqə sonra geri qayıdıb gəliblər ki, guya xəbərləri yoxdur”.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, iyulun 25-də Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi barəsində bəzi xəbər saytlarında yerləşdirilmiş yazılarda hadisə təhrif olunmuş formada təqdim edilib, nəticədə polis əməkdaşları  barədə əsassız və qərəzli məlumatlar yayılıb: “Bildirirəm ki, həmin gün Şirvan Şəhər Polis Şöbəsi Yol Patrul Xidməti Bölməsinin əməkdaşları rayonun Hacıqəhrəmanlı qəsəbəsi ərazisində xidməti vəzifələrini yerinə yetirərkən arxadan yüksək sürətlə hərəkət edən “Mersedes” markalı 99-GG-921 dövlət qeydiyyat nömrə nişanlı avtomobil YPX maşınının sağından ötmə əməliyyatı apararaq yolun kənarına çıxıb və nəticədə sürücü idarəetməni itirərək avtomobili aşırıb. Yəni, YPX-nin əməkdaşları avtomobilin sürücüsü Salyan rayon sakini Fikrət Ağarzayevi təqib etməyib. Məsələ ilə əlaqədar olaraq dərhal  Şirvan ŞPŞ YPX bölməsinin əməkdaşları hadisə yerinə gələrək qəza nəticəsində xəsarət alan sürücü və sərnişinlərə köməklik göstərib, onları  xəstəxanaya çatdırıblar. 

Daha sonra sürücü Fikrət Ağarzayev Şirvan Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən alkotester müayinəsindən keçirilib və onun orta dərəcəli sərxoş olduğu müəyyən edilib. Araşdırmalar zamanı F.Ağarzayev öz izahatında avtomobili sərxoş vəziyyətdə idarə etdiyini səmimi etiraf edib”.

Hazırda faktla əlaqədar Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh