Böyük mühərrikli avtomobillərin qeydiyyat rüsumu artdı – 1500 manat

Avtoxəbər 2 Avqust 2018 15:51 Oxunub 10533
Böyük mühərrikli avtomobillərin qeydiyyat rüsumu artdı – 1500 manat
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş nazir Novruz Məmmədov bununla bağlı qərar imzalayıb

Azərbaycanın Baş naziri Novruz Məmmədov fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğlərini təsdiq edib. Avtosfer.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 iyul tarixli 336 nömrəli qərarı ilə təsdiq edilmiş yeni məbləğ mühərrikin həcminə görə hesablanır. Qərarda göstərilir ki, bu normativ hüquqi akt (bundan sonra – akt) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 12 iyun tarixli Qanunun tətbiqi və “Dövlət rüsumu haqqında” Qanunun tətbiq edilməsi barədə” Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 149 nömrəli Fərmanının 1.3.1-ci yarımbəndinin icrası ilə bağlı hazırlanıb və “Dövlət rüsumu haqqında” Qanunun 18.65.3-1-ci maddəsinə uyğun olaraq 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına (bundan sonra – minik avtomobillərinin dövlət qeydiyyatına alınması) görə dövlət rüsumunun məbləğlərini müəyyən edir. Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri minik avtomobillərinin istehsal tarixi və mühərrikinin həcmi nəzərə alınmaqla müəyyən edilir. Bu aktın məqsədləri üçün minik avtomobili dedikdə sürücünün oturacaq yeri də daxil olmaqla, oturacaq yerlərinin sayı 9-dan çox olmayan avtonəqliyyat vasitəsi nəzərdə tutulur. Bu aktda istifadə olunan digər anlayışlar “Dövlət rüsumu haqqında” Qanunda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2.1. Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərdə müəyyən edilir:

http://avtosfer.az/upload/news/da5371.jpg

Minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə bu aktın 2.1-ci bəndi ilə müəyyən olunan dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:

2.2.1. istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0;

2.2.2. istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8;

2.2.3. istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3.

Bu normativ hüquqi aktda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh