Tramp məhkəməyə verildi: "Miqrantların saxlanma şəraitini yaxşılaşdırın"

Maraqlı 2 Avqust 2018 20:40 Oxunub 1207
Tramp məhkəməyə verildi: "Miqrantların saxlanma şəraitini yaxşılaşdırın"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər şey bir kənara, lazımi tibbi yardım göstərilmir, eləcə də normal yemək verilmir

ABŞ-da hüquq müdafiəçiləri qeyri-leqal miqrantların həbsxanalarda saxlanma şəraiti ilə əlaqədar ABŞ prezidenti Donald Trampın administrasiyasına, ABŞ İmmiqrasiya-Gömrük Polisinə (ICE) və Federal Həbsxana Bürosuna qarşı iddia qaldırıb. Avtosfer.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın aparıcı hüquq müdafiəsi təşkilatı olan Amerika Vətəndaş Azadlıqları İttifaqının (ACLU) saytında dərc olunan press-relizdə bildirilir. "Məhkəmədən İCE-yə qanunsuz şəraiti dərhal düzəltmək və yekunda saxlanılanların həbsxanadan nəql olunması ilə bağlı göstəriş verməsini xahiş edirik" - bəyanatda deyilir.

Sənəddə qeyd edilir ki, həbsxanada məhkumlara, hər şey bir kənara, lazımi tibbi yardım göstərilmir, eləcə də normal yemək verilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh