Həyat yoldaşını qısqanclıq zəminində öldürən şəxsə hökm oxunub

Avtoxəbər 2 Avqust 2018 17:03 Oxunub 2034
Həyat yoldaşını qısqanclıq zəminində öldürən şəxsə hökm oxunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, 17 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rasim Çərtikovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə bu il Binəqədi rayonunda baş verib. R.Çərtikov həyat yoldaşı Arifə Çərtikovanı qətlə yetirib. Məhkəmədə elan olunmuş ittiham üzrə R.Çərtikov özünü qismən təqsirli bildiyini deyib. O söyləyib ki, 33 illik həyat yoldaşını qısqanclıq zəminində öldürüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh