Bakıda sərnişin avtobusu yanacaqdoldurma məntəqəsinə çırpıldı - VİDEO

Qəzalar 2 Avqust 2018 22:25 Oxunub 1114
Bakıda sərnişin avtobusu yanacaqdoldurma məntəqəsinə çırpıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xoşbəxtlikdən hadisə zamanı partlayış baş verməyib

Bakıda sərnişin dolu avtobus yanacaqdoldurma məntəqəsinə çırpılıb.

 

Avtosfer.Az musavat.com-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında 143 saylı marşrut avtobusu (10-TG-614) yoldan çıxaraq "Avtovağzal dairəsi" nin yaxınlığında yerləşən "Ozan" yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olub.

 

Qəza nəticəsində marşrut avtobusu yanacaq paylayan qurğuların birinə çırpılıb, qurğu yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə zamanı partlayış baş verməyib, eləcə də avtobusdakı sərnişinlərdən heç kim xəsarət almayıb.

 

Hadisənin sürücü diqqətsizliyi ucbatından baş verdiyi ehtimal edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh