Avtomobil 79 yaşlı kişini vuraraq ağır xəsarət yetirib - Gəncədə

Qəzalar 3 Avqust 2018 09:55 Oxunub 604
Avtomobil 79 yaşlı kişini vuraraq ağır xəsarət yetirib - Gəncədə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Gəncədə yaşlı kişini avtomobil vurub. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib. Şəhər sakini Orxan Cəlilov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən 1939-cu il təvəllüdlü Rəşid Əli oğlu Həsənovu vurub. Sürücü ağır xəsarət alan yaşlı kişini özəl xəstəxanaların birinə aparıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törədən O.Cəlilov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh