Müəmmalı yadplanetli siqnal aşkarlandı

Maraqlı 3 Avqust 2018 12:01 Oxunub 1121
Müəmmalı yadplanetli siqnal aşkarlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi fərziyyələrə əsasən, bu hadisə başqa planetdə fəaliyyətdə olan sivilizasiyalarla əlaqəlidir

Kanadanın CHIME (The Canadian Hydrogen Intensity Mapping Experiment) teleskopu mənbəyi bəlli olmayan sürətli radiosıçrayış qeydə alıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, iki millisaniyə davam edən işartı iyulun 25-də müşahidə olunub. Siqnalın tezliyi 580 meqahers təşkil edib ki, bu da digər radiosıçrayışlarla müqayisədə ən aşağı göstəricidir. Sözügedən radioimpuls çox qısa zaman kəsiyində meydana gəlir və kosmik fəzaya böyük həcmdə - Günəşin bir neçə minilliklər ərzində buraxdığı qədər - enerji tullantısı ilə müşahidə olunur. Bəzi fərziyyələrə əsasən, bu hadisə başqa planetdə fəaliyyətdə olan sivilizasiyalarla əlaqəlidir. Amma bir qrup alimin nəzərinə görə, belə sıçrayışlar böyük miqyaslı fəlakətlərlə, məsələn, ulduzların parçalanması ilə izah oluna bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh