Uşaqların gələcəyini məhv edən tutuldu - VİDEO

Maraqlı 3 Avqust 2018 21:00 Oxunub 1781
Uşaqların gələcəyini məhv edən tutuldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Madam"ın toruna saldığı qızların hamısının bədənlərinə xüsusi döymə, tatu vurulub

Kolumbiyanın Kartahena şəhərində Liliana del Karmen Kampos Puello adlı qadın tutulub. O, 250 nəfər uşağı və yeniyetməni fahişəliyə vadar etməkdə, azyaşlıları və yetkinlik yaşına çatmamışları cinsi istismara məruz qoymaqda, fahişəxana saxlamaqda günahlandırılır.

 

Avtosfer.Az Milli.Az-a istinadən bildirir ki, Puello ilə birlikdə, onun qurduğu mütəşəkkil cinayətkar dəstənin 18 üzvü də tutulublar.

 

Onlar azyaşlı və yeniyetmə qızları bordellərdə "müştəri"lərə təklif edirdilər,

 

Puellonun dəstəsinin qurbanlarının ən kiçiyi 9, ən böyüyü 17 yaşdadır.

 

"Madam" ləqəbli Puellonun həmin binəvalar "gələcəyimizi məhv edən insan" adlandırırlar.

 

"Madam"ın toruna saldığı qızların hamısının bədənlərinə xüsusi döymə, tatu vurulub.

 

O, Kolumbiya və Venesueladakı şəhərlərin yoxsullar yaşayan məhəllələrini əlaltıları ilə dolaşır, qızlara "yaxşı gələcək" vəd edərək aldadır, sonra bordellərinə apararaq döyür, qorxudur, fahişəliyə vadar edirdi.

 

Kartahena şəhərinə çatanda qızların sənədləri və əşyaları əllərindən alınırdı.

 

16-17 yaşlı qızlar varlıların yaxtalarına, villalarına göndərilirdi. Azyaşlılar isə bordellərdə və şəhər küçələrində "müştəri ovu"na çıxmalı idilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh