"Sən niyə hicablı deyilsən" dedi, qadına hücum çəkdi - VİDEO

Avtosfer TV 3 Avqust 2018 13:49 Oxunub 1342
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sən yəni o qədər həyasızsan ki, belə edirsən, hə?! Yəni o qədər pissən?!"

İranda sükan arxasında olan hicablı qadın maşından çıxaraq başıaçıq qadını vurub, döyməyə çalışıb. Avtosfer.az milli.az-a istinadən bildirir ki, olay İranın paytaxtı Tehranda yaşanıb. Şəhərin mərkəzi küçələrindən birində işıqforun qırmızı işığı yanmışdı. Avtomobillərdən birinin sükanı arxasında olan hicablı qadın yan maşını idarə edən başıaçıq qadını görəndə sinirlənib. O, başıaçıq qadına tənələr yağdırıb, onu tərbiyəsiz adlandırıb. "Qadının hicablı olması qanundur! Sən qanunu pozursan, həyasız!" qışqıran hicablı qadın maşından düşüb. O, başıaçıq qadını vurmağa, söyməyə başlayıb. "Çıx maşından! Rədd ol, itil gözümdən!" - qışqıran hicablı qadının aqressiv davranışının əks olunduğu video sosial şəbəkələrdə yayılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh