Vertolyot qəzaya uğradı -  18 ölü

Qəzalar 4 Avqust 2018 09:38 Oxunub 671
Vertolyot qəzaya uğradı -  18 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya texniki nasazlıq və ya pilotun səhvi səbəb olub

Rusiyanın Sibir diyarının Krasnoyarsk vilayətində "Mi-8" tipli sərnişin vertolyotu qəzaya uğrayıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, ilkin ehtimala görə, onun göyərtəsində 18 nəfər olub və onların hamısı ölüb. RİA "Novosti" regionun fövqəladə hallar xidmətindəki mənbəyə istinadən yazır ki, 18 nəfərdən 3-ü heyət üzvü olub. Onun sözlərinə görə, vertolyotun göyərtəsində "Ankor" şirkətinin əməkdaşları olub. Mənbə "Mi-8"in uçuş zamanı qəzaya uğradığını bildirib. Onun düşdüyü yer artıq aşkar edilib. Hava gəmisi qəzaya uğradıqdan sonra yanmağa başlayıb. İlkin ehtimala görə, qəzaya texniki nasazlıq və ya pilotun səhvi səbəb olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin məlumatına görə, vertolyot İqarka şəhərindən 2 km aralıda sərt eniş edib. Bu, Bakı vaxtı ilə saat 7:20-də baş verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh