Bakıda zəncirvari yol qəzası: 1 nəfər xəsarət alıb - FOTO

Qəzalar 4 Avqust 2018 09:41 Oxunub 744
Bakıda zəncirvari yol qəzası: 1 nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı əraziyə Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin və Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib

Bakının Səbail rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, rayonun "20-ci Sahə dairəsi" kimi tanınan ərazisində "10-ZR-894" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobili idarə edən Kərimov Kamran Ağamusa oğlu yüksək sürətlə gələrək əvvəlcə başqa "VAZ-2106"ya, ardınca isə Əhmədov Naibin idarə etdiyi "Mercedes" markalı maşına çırpılıb. Nəticədə K.Kərimov xəsarət alıb. N.Əhmədov "Report"a müsahibəsində bildirib ki, hadisə o, köməkçi yoldan əsas yola daxil olmaq istəyən zaman baş verib. Faktla bağlı əraziyə Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin və Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücülərin izahatları alınıb. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh