Taksi sürücüsü sükanı arxasında yatdı: qəza törətdi - VİDEO

Avtosfer TV 4 Avqust 2018 12:10 Oxunub 2385
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində xəsarət alan olmayıb

Çinin Şençjen şəhərində taksi sürücüsü hərəkətdə olan avtomobilin sükanı arxasında bir dəqiqəyə yaxın yatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, sürücü maşın yoldan çıxaraq maneəyə dəydikdən sonra yuxudan ayılıb. Hadisə sürücü gecə növbəsini başa vuran zaman baş verib. O, işdən çıxarılıb. Ehtimal ki, sürücü həddindən artıq yorulduğu üçün sükan arxasında yuxulayıb. Xoşbəxtlikdən səhər yollar boş olub və bu səbəbdən hadisə nəticəsində xəsarət alan olmayıb.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh