Yol hərəkəti qaydalarına dronlar “nəzarət” edəcək

Texnologiya 4 Avqust 2018 12:45 Oxunub 2925
Yol hərəkəti qaydalarına dronlar “nəzarət” edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dörd multikopter rəsmən fəaliyyətə başlayıb

Çinin Şandun əyalətinin Tzinan şəhərində yol hərəkəti qaydalarını izləyəcək və idarəetmə zamanı mobil telefon və planşetlərdən istifadə kimi pozuntuları qeydə alacaq dörd multikopter rəsmən fəaliyyətə başlayıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, pilotsuz uçan aparatlar fəaliyyətə başladıqdan yarım saat sonra idarəetmə zamanı beş mobil telefondan istifadə hadisəsi qeydə alınıb. Tzinan yol polisi bölməsinin əməkdaşları bildiriblər ki, layihə üçün eksperimental fəaliyyəti üç ay davam edəcək polis xidmətinin xüsusi aviasiya dəstəsi yaradılıb. Onun sözlərinə görə, pilotsuz uçan aparatlar vasitəsilə çəkilən qanun pozuntularının şəkilləri sübutların toplanması ilə bağlı problemi effektiv həll edə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh